Bank Of Baku

Berlində etiraz aksiyaları zamanı 30-dan çox polis əməkdaşı yaralanıb

Berlində etiraz aksiyaları zamanı 30-dan çox polis əməkdaşı yaralanıb
# 31 avqust 2020 07:04 (UTC +04:00)

Berlində etiraz aksiyaları zamanı 30-dan çox polis əməkdaşı yaralanıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

İğtişaşlar zamanı, həmçinin 316 etirazçı saxlanılıb. Ümumilikdə mitinqlərdə təqribən 38 min nəfər iştirak edib.

Ən ciddi qarşıdurmalar mərkəzi Unter den Linden küçəsində baş verib. Etirazçılar polisə daş və şüşə parçaları atıb, polis isə gözyaşardıcı qazdan istifadə etməli olub.

Mitinqlərin təşkilatçıları Ştutqartdan olan “Querdenken 711” təşkilatıdır. Təşkilat tərəfdarları koronavirusa qarşı tədbirlərin azadlığı məhdudlaşdırdığına inanır və onun ləğvini tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR