Bolqarıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 01:01-də qeydə alınıb. Zəlzələnin episentri Blaqoyevqrad şəhərindən 37 kilometr şimal-şərqdə və Bolqarıstan paytaxtından 60 kilometr cənubda yerləşib. Ocağı isə 10 kilometr dərinliyə təsadüf edib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.