Bank Of Baku

Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini rədd edib

Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini rədd edib
# 19 dekabr 2019 17:03 (UTC +04:00)

Böyük Britaniya hökuməti Şotlandiya Baş Naziri Nikola Störjenin "Brexit"dən sonra müstəqilliklə bağlı referendum keçirilməsi tələbini rədd edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Böyük Britaniya hökumətindən bildirilib ki, növbəti referendum zərərli ola bilər.

Eyni zamanda o da qeyd olunub ki, yeni referendum 5 il öncə keçirilən ümumxalq səsverməsinin nəticələrini sarsıda bilər.

N. Störjen ötən həftə keçirilən seçkidə onun partiyasının parlamentdə çox yer qazandığına əsaslanaraq ikinci referendum keçirilməsi ilə bağlı mandata sahib olduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ilin 18 sentyabrında Şotlandiyada keçirilmiş referendumda şotlandların Böyük Britaniyanın tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2 001 926 nəfər “Yox” (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əleyhinə səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR