Bank Of Baku

Britaniyada iyundan bəri ilk dəfə 1.9 mindən çox koronavirusa yoluxma aşkar edilib

Britaniyada iyundan bəri ilk dəfə 1.9 mindən çox koronavirusa yoluxma aşkar edilib
# 05 sentyabr 2020 05:17 (UTC +04:00)

Böyük Britaniyada son sutkada 1940 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 10 nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu göstərici iyunun 4-dən bəri ən çox qeydə alınan yoluxma hadisəsidir. 

Qeyd edək ki, ölkədə yeni virusa yoluxma sayı ümumilikdə 342 351-ə, ölüm sayı isə 41537-yə yüksəlib.

Bir gün əvvəl isə yoluxma sayı 1735, ölüm sayı 13 olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR