Böyük Britaniyada son sutkada COVID-19-a 580 yoluxma halı qeydə alınıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Məlumat yayıb.
Bildirilib ki, bununla da krallıqda ümumilikdə yoluxanların sayı 295 372-ə yüksəlib.
Qeyd edək ki, son 24 saat ərzində ölüm sayı açıqlanmayıb. İnsanların narahatlığını nəzərə alan Britaniya hökuməti ölənlərin sayı haqqında gündəlik statistikanın açıqlanmamasına qərar verib.