Böyük Britaniyada son sutka ərzində COVID-19 qurbanlarının sayı 346 nəfər artaraq 31587-yə yüksəlib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps şənbə günü keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, son bir gündə yeni virusa yoluxanların sayı 2217 nəfər artaraq, ümumilikdə 215 260-a çatıb.