Çexiyada xəstəxanada baş verən atışmada ölənlərin sayı artıb.
APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Cinayəti törədən şəxs isə intihar edib.
Uzun axtarışlardan sonra onun meyiti avtomobilindən tapılıb.
***
saat 12:12
Çexiyanın Ostrava şəhərində yerləşən xəstəxanada atışma olub.
APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, faktı Çexiyanın Daxili İşlər naziri Jan Hamacek təsdiqləyib.
Məlumata görə, Ostrava şəhər xəstəxanasında silahlı şəxs insanlara atəş açıb, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
İnsident bu gün yerli vaxtla səhər saat 07:00-da baş verib.
Şübhəlinin axtarışı üzrə əməliyyat davam edir.