Çexiyanın Baş naziri Andrey Babiş Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.
APA-nın xəbərinə görə, Andrey Babiş tənqidi "Twitter"də yazıb.
Praqada testlərin aparılması və nəzarətin azaldılması ilə bağlı ÜST-ün Çexiyadakı Nümayəndəliyinin tənqidinə münasibət bildirən Baş nazir Babiş bildirib: "ÜST-ün açıqlamasını oxudum. Üz maskalarını taxmağı tövsiyə etməyən də və pandemiya olduğunu bilməyən də elə həmin ÜST idi. Fikrimcə, onlar ağızlarını yumub sakit dayanmalıdırlar.
Vəziyyəti nəzarətdə saxlaya bilmədiyimizi yazaraq, bizi həmişə tənqid edən Çexiya mediası üçünsə Avropada bir milyon əhaliyə düşən ölüm statistikalarını paylaşıram. Həqiqətən biz çox yaxşı iş görürük".
Baş nazir statistik göstəriciləri paylaşıb.