“Mayın 11-dən etibarən məhdudlaşdırma tədbirlərinin yumşaldılmasına baxmayaraq, normal həyata qayıtmaq vaxt aparacaq”.
APA-nın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müraciətində bildirilib.
“11 may normal həyata keçid tarixi olmayacaq. Müxtəlif mərhələlərdən keçməliyik və mayın 11-i də bunlardan biridir”, - deyə E. Makronun müraciətində deyilib.
Qeyd edək ki Fransada mayın 11-dən etibarən məktəblər və mağazalar tədricən fəaliyyətini bərpa edəcək. Hökumət koronavirusun ikinci dalğasının mümkünlüyünü nəzərə alaraq, ölkənin "qırmızı" və "yaşıl" zonalara bölünmə planının olduğunu bildirib.