Bank Of Baku

Fransada daşqınlar nəticəsində 4 nəfər ölüb

Fransada daşqınlar nəticəsində 4 nəfər ölüb
# 25 noyabr 2019 01:31 (UTC +04:00)

Fransanın cənub və cənub-şərqində yağan güclü yağış və sel nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfərin itkin düşdüyü deyilir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Kristof Kastaner zərər çəkmiş ərazilərə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“İlk ölülər şənbə günü sakinlərin təxliyyəsi zamanı bir xilasetmə gəmisinin çevrildiyi Le-Myi şəhəri yaxınlığında aşkarlanıb. Şəhərdəki sakinlərdən birini su axınları aparıb, onu xilas etmək mümkün olmayıb. İkinci ölü Kabas kommunası ərazisində avtomobilin içərisində tapılıb”, - nazir belə deyib.

Bildirilir ki, son iki gündə Var və Dənizkənarı Alp bölgələrinin iki rayonunda normadan artıq – iki və hətta üç aylıq normada yağış yağıb. Bu isə çayların öz məcrasından daşmasına, daşqınlara, Kann və Nitsa kimi böyük şəhərlərin küçələrinin su altında qalmasına səbəb olub. Hazırda çaylarda suyun səviyyəsi azalmağa başlayır. Ancaq on minlərlə ev və çox sayda tərk edilmiş avtomobil hələ də su altında qalır, Var bölgəsində 2.4 min evin sakini elektriksiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR