Bank Of Baku

Fransada iki təyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb

Fransada iki təyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb
# 11 oktyabr 2020 06:24 (UTC +04:00)

Fransanın Indre-et-Luara bölgəsinin Loçes şəhərində havada iki təyyarə toqquşub.

APA-nın İHA-ya istinadən verdiyi xəbərə görə, təyyarələrdən biri kiçikmühərrikli, digəri isə turizm üçün nəzərdə tutulmuş kiçikhəcmli təyyarə olub.

Qəza zamanı təyyarələrdə olan 5 nəfər həlak olub.

Hər iki təyyarə ərazidəki evlərdən birinin bağçasına çırpılıb.

Loçes Bələdiyyə Başçısı Marc Angenault təyyarələrin düşdüyü ərazidə elə bir ciddi ziyan olmadığını bildirib: “Təxminən 40 xilasedici və aviasiya mütəxəssisi qəza bölgəsində müvafiq tədbirlər həyata keçirir. Qəzanın başvermə səbəbi araşdırılır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR