Bank Of Baku

Fransada reanimasiyada olan COVID-19 xəstələrinin sayı 1000 nəfərdən aşağı düşüb

Fransada reanimasiyada olan COVID-19 xəstələrinin sayı 1000 nəfərdən aşağı düşüb
# 10 iyun 2020 01:34 (UTC +04:00)

Fransa xəstəxanalarında reanimasiyada olan koronaviruslu xəstələrin sayı azalmaqda davam edir və onların sayı min nəfərdən də azdır. Hazırda xəstəxanalarda ümumilikdə 11,9 mindən çox xəstə var.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin son açıqlamasında bildirilib.

“Reanimasiyalarda COVID-19-a yoluxmuş 955 xəstə var. Bir həftə əvvəl bu rəqəm 1253 idi”, - deyə sənəddə qeyd olunub.

Son sutka ərzində reanimasiyaya daha 15 yeni xəstə yerləşdirilib. Xəstəxanalarda 11 961 koronaviruslu xəstə qalır. Son 24 saatda daha 169 yeni xəstə xəstəxanaya müraciət edib.

“Epidemiyanın başlanğıcından bəri Fransada 29 296 nəfər ölüb, onlardan 18 912-si xəstəxanalarda, 10 384-ü isə qocalar evlərində və tibbi-sosial müəssisələrdə vəfat edib”, - nazirliyin yaydığı kommünikedə belə deyilir.

Epidemiya boyunca 102,8 mindən çox Fransa vətəndaşı xəstəxanaya müraciət edib ki, onların da 18 mindən çoxu reanimasiyalara yerləşdirilib. 71,5 mindən çox insan sağalaraq evlərinə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR