Gürcüstan parlamenti yaxın günlərdə hökumətin tərkibini təsdiqləyəcək

Gürcüstan parlamenti yaxın günlərdə hökumətin tərkibini təsdiqləyəcək
# 18 fevral 2021 19:19 (UTC +04:00)

Gürcüstan parlamenti yaxın günlərdə hökumətin yeni tərkibini təsdiqləyəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze özünün “Twitter” hesabında bildirib.

O qeyd edib ki, hakim partiya vətəndaşların mənfəəti naminə hökumət siyasətinin davamlılığını təmin edəcək.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən hakim partiya hökumətin istefasından sonrakı 9 gün ərzində parlamentdən yeni Baş nazir namizədinə, 2 həftə ərzində isə hökumətin tərkibinə etimad səsi almalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR