Gürcüstanda 12 yaşlı uşaq evdə yanaraq ölüb

Gürcüstanda 12 yaşlı uşaq evdə yanaraq ölüb
# 26 noyabr 2019 12:59 (UTC +04:00)

Gürcüstanın Kvareli rayonunun Qrem kəndində yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 12 yaşlı uşaq yanaraq ölüb.

Ailənin digər üzvləri isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Telavi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin baş verməsinə qaz sızmasının səbəb olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR