Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 548 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 548 nəfərə çatıb
# 02 sentyabr 2020 09:30 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 38 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 548 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6 059 nəfər karantində saxlanılır, 239 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1 270 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR