Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 539 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 539 nəfərə çatıb
# 30 aprel 2020 10:23 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 539 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5256 nəfər saxlanılır, stasionar müalicədə isə 548 nəfər var. Virusa yoluxmuş şəxslərdən 178-i sağalıb, 6 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR