Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatıb
# 11 may 2020 10:11 (UTC +04:00)

Gürcüstanda daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb. 

Qonşu ölkədə koronavirus səbəbi ilə 4896 nəfərin karantində saxlanıldığı, 444 nəfər isə stasionar şəraitdə müalicə olunduğu bildirilib. Yoluxanlardan 317-si sağalıb, 10-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR