Gürcüstanda koronavirusa yoluxanların sayı 879 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 879 nəfərə çatıb
# 15 iyun 2020 10:03 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 15 yoluxma faktı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 879 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2 795 nəfər karantində saxlanılır, 252 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 704 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR