Bank Of Baku

Gürcüstanda metro, ticarət mərkəzləri və restoranların fəaliyyəti bərpa edilir

Gürcüstanda metro, ticarət mərkəzləri və restoranların fəaliyyəti bərpa edilir
# 27 may 2020 11:14 (UTC +04:00)

Tbilisidə metronun fəaliyyəti mayın 29-da bərpa ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə Gürcüstanda avtobusların və metronun fəaliyyəti martın 30-da məhdudlaşdırılıb.

Bundan başqa, Baş nazir bildirib ki, Gürcüstanda bütün ticarət mərkəzləri və hər növ mağazaların fəaliyyəti iyunun 1-dən bərpa ediləcək. Onun sözlərinə görə, həmin tarixdən etibarən ölkə ərazisində açıq havada fəaliyyət göstərən restoranların fəaliyyətini bərpa etməsinə də icazə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR