Tbilisidə müxalif partiyalarla hakim “Gürcü Arzusu” partiyası arasında danışıqların növbəti raundu keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən görüşün əsas müzakirə mövzusu seçki sistemi ilə bağlı olub.
Parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradze bildirib ki, hakim partiya görüşə konkret təkliflə gəlib.
Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişini qəbul etməməsindən sonra müxalifət etiraz aksiyalarını bərpa edib. Bundan sonra, hakim partiya ilə müxalifət liderləri arasında diplomatik korpusun nümayəndələrinin iştirakı ilə danışıqlara başlanılıb. Son görüş sayca 4-cüdür.