Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 355 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 272 617, ölənlərin sayı isə 3 567 nəfərə çatıb.
Virusa yoluxanlardan 266 344 nəfərin sağaldığı bildirilir.