Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 554 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 8 118 nəfərə, ölənlərin sayı 50 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 392 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 4 244 nəfərin sağaldığı bildirilir.