Bank Of Baku

Gürcüstanda sərbəst hərəkət qadağası qismən qaldırılır

Gürcüstanda sərbəst hərəkət qadağası qismən qaldırılır
# 04 may 2020 11:23 (UTC +04:00)

Gürcüstanın Batumi və Kutaisi şəhərlərində koronavirus pandemiyası ilə əlaqədar sərbəst hərəkətə qoyulan məhdudiyyət mayın 5-dən götürüləcək. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. O qeyd edib ki, Tbilisi və Rustavi şəhərlərində tətbiq edilən məhdudiyyətlər həftə sonunadək qüvvədə qalacaq.

"Tbilisi və Rustavi ilə bağlı müvafiq qərar isə qarşıdakı günlərdə veriləcək", - deyə G. Qaxaria bildirib.

Qeyd edək ki aprelin 14-dən Gürcüstanın Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində sərbəst hərəkət məhdudlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR