Gürcüstanda kinoteatrların, teatrların və uşaq əyləncə mərkəzlərinin açılışı noyabrın 1-dək təxirə salınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Bildirilib ki, qərar ölkədə epidemioloji vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədardır.
"Epidemioloji vəziyyət olduqca önəmlidir. Qurumlararası Koordinasiya Şurası müəyyən məhdudiyyətlərin tətbiq edilməsinə, sabah qüvvəyə minəcək konkret qaydaların sərtləşdirilməsinə qərar verdi. Epidemioloji vəziyyətlə əlaqədar olaraq kinoteatrların və teatrların açılışı bir aylıq təxirə salınır", - deyə hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.