Bank Of Baku

İngiltərə ölkə əhalisinin yarıdan az hissəsinin koronavirusa qarşı peyvənd edilməsini planlaşdırır

İngiltərə ölkə əhalisinin yarıdan az hissəsinin koronavirusa qarşı peyvənd edilməsini planlaşdırır
# 05 oktyabr 2020 06:22 (UTC +04:00)

İngiltərə dövlət rəsmiləri ölkə sakinlərinin yarısından az hissəsinin koronavirusa qarşı peyvənd ediləcəyini planlaşdırır. 

APA TASS-a istinadən xəbər verir ki, bunu İngiltərə hökumətinin peyvənd üzrə işçi qrupunun rəhbəri Keyt Binqem “Financial Times” saytına müsahibəsində bildirib.

O əhalinin hamısının peyvəndlənməsinin yanlış olduğunu bildirib: “18 yaşınadək insanlar peyvənd edilməyəcək. Bu, yalnız böyüklərə, əsasən 50 yaşdan yuxarı insanlara aid ediləcək. 67 milyon əhalisi olan İngiltərədə 30 milyon insanın peyvənd olunacağı planlaşdırılır”.

Qey edək ki, bu günə qədər İngiltərədə klinik sınaqlardan keçən on milyonlarla 6 perspektivli namizəd peyvənd var. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR