Bank Of Baku

İtaliyada mart ayından bəri COVID-19-dan ən az ölüm faktı qeydə alınıb

İtaliyada mart ayından bəri COVID-19-dan ən az ölüm faktı qeydə alınıb
# 15 iyun 2020 21:47 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı gün ərzində 26 nəfər artıb və ümumilikdə 34 371-ə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Yeni yoluxma halların gündəlik artımı 303 nəfərdir, bunlardan 259-u ən çox yoluxmanın və ölüm faktlarının qeydə alındığı Lombardiyanın payına düşür. Son 24 saat ərzində 9 bölgədə heç bir yoluxma aşkarlanmayıb, qalan bölgələrdə yeni yoluxma hallarının sayı 10-u keçmir. İtaliyada indiyədək virusa  yoluxmuşların sayı 237 290-a çatıb.

Pandemiyanın başlanmasından bəri ümumilikdə 177 010, son 24 saat ərzində 640 nəfər müalicə olunaraq sağalıb. Xəstəxanalarda 3,5 min nəfərdən də az, reanimasiya şöbələrində 207 xəstə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR