Bank Of Baku

Kipr Aİ-nin Belarus rəsmilərinə qarşı sanksiyalarını dəstəkləmir

Kipr Aİ-nin Belarus rəsmilərinə qarşı sanksiyalarını dəstəkləmir
# 10 sentyabr 2020 11:40 (UTC +04:00)
Kipr Avropa İttifaqının (Aİ) Belarus rəsmilərinə qarşı sanksiyalarını dəstəkləmir.
APA-nın xəbərinə görə, bu barədə "Bloomerg" diplomtaik mənbəyə istinadən məlumat yayıb. 
Diplomatik mənbənin verdiyi məlumata görə, Kipr Aİ-yə üzv ölkələrin Aralıq dənizinin şərqindəki qazma işlərinə görə Türkiyəyə təzyiq göstərməyəcəyi təqdirdə, Aİ-nin Belarusun 31 yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq olunması təklifinə imza atmayacağını bildirib.
Qeyd edək ki, Aİ-də xarici siyasətlə bağlı qərarlar blokun 27 ölkəsi arasında yekdillik tələb edir.
Xatırladaq ki, Aİ seçkidəki saxtakarlığa, şiddət və təzyiqlərə görə məsuliyyət daşıyan Belarusun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.
Diplomatlar bildiriblər ki, sanksiya tətbiq olunacaq şəxslərlə bağlı yekun siyahı Aİ Xarici İşlər nazirlərinin sentyabrın 21-də keçiriləcək görüşündə bəyan olunacaq.  Belə olan halda sanksiyalar sentyabrın 22-də qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR