Bank Of Baku

Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərilib

Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərilib
# 11 iyun 2020 22:55 (UTC +04:00)

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov barəsində cinayət işi bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Bu barədə APA-ya "Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O bildirib ki, ittihamnamə hələ ki məhkəmədə dəyərləndirmə mərhələsindədir: "Dəyərləndirmə mərhələsi davam edənə qədər vəkillərə məlumat verilmir. İlk növbədə məhkəmənin ittihamnaməni dəyərləndirməsi aparılacaq”.

Qeyd edək ki, M.Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR