Ukrayna münaqişəsinin həlli ilə bağlı "Normandiya formatı"nın iştirakçısı olan ölkələrin (Almaniya, Rusiya, Ukrayna və Fransa) dövlət başçılarının müşavirlərinin görüşəcəyi vaxt açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Sum vilayətinə işgüzar səfəri zamanı deyib.
"Sentyabrın 11-də "Normandiya formatı "nın dövlət başçılarının müşavirləri səviyyəsində görüşü olacaq. Bu görüşdən müəyyən təkliflər və qərarlar gözləyirik", - deyə Ukrayna Prezidenti bildirib.
Xatırladaq ki, görüş avqustun 28-nə təyin edilsə də, daha sonra təxirə salınıb.