Parisdə irqçilik əleyhinə aksiyalarda 26 nəfər saxlanılıb

Parisdə irqçilik əleyhinə aksiyalarda 26 nəfər saxlanılıb
# 14 iyun 2020 04:47 (UTC +04:00)

Fransa paytaxtında irqçiliyə və polis zorakılığına qarşı razılaşdırılmamış etiraz aksiyalarında iştirak edən 26 nəfər polis tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə Parisin polis prefekturasının “Twitter” səhifəsində bildirilib.

Polis saxlanılmaların səbəbini açıqlamayıb.

Bundan bir qədər əvvəl “BFMTV” telekanalı polisə istinadən xəbər verib ki, aksiyalarda təxminən 15 min etirazçı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR