Slovakiyada yaşayış evində partlayış nəticəsində daha iki nəfər ölüb

 Slovakiyada yaşayış evində partlayış nəticəsində daha iki nəfər ölüb
# 07 dekabr 2019 15:46 (UTC +04:00)

Slovakiyanın Preşov şəhərində dekabrın 6-da yaşayış binasında baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı 7-yə çatıb, bir nəfər itkin düşmüş sayılır, 39 nəfər yaralanıb.

Bundan əvvəl hadisə zamanı 5 nəfərin öldüyü açıqlanmışdı.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, dekabrın 6-da baş vermiş partlayış nəticəsində başlayan yanğını yalnız dekabrın 7-də söndürmək mümkün olub.

Yanğın 13 mərtəbəli binanın altı mərtəbəsini əhatə edib. Binanın uçmaq təhlükəsi var. Uçmasa belə, bələdiyyə orqanları bina ciddi zədələndiyindən, onu söküb yerində yenisini tikmək niyyətindədir.

Xilasedicilər və yanğınsöndürənlər binaya baxış keçirilməsini davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR