Tanınmamış Kosovonun Prezidenti Haşim Taçi istefa verib.
APA-nın xəbərinə görə, o, istefasını mətbuat konfransında elan edib.
H. Taçi Kosovo müharibəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. O, Haqaada yerləşən xüsusi məhkəməyə çıxarılacaq.