Tbilisidə mikroavtobusun tikinti materialları daşıyan yük maşınına çırpılması nəticəsində yaralanan 14 nəfərdən daha biri dünyasını dəyişib. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ictimai kanalı məlumat yayıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 2 nəfər olub.
Qeyd edək ki, hadisə hava limanı yaxınlığında, Kaxeti avtomagistralında baş verib. Xəsarət alanlar arasında bir azyaşlı olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
***
15:16
Tbilisi hava limanı yaxınlığında mikroavtobus qəzaya uğrayıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb.