Türkiyə Müdafiə Naziri Hulisi Akar gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.
APA-nın yerli bürosu Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ankarada baş tutan görüşdə regional təhlükəsizlik və ölkələr arasında müdafiə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, heyətlərin görüşü zamanı hərbi maliyyə əməkdaşlığı haqqında razılaşma imzalanıb.