Bank Of Baku

Türkiyədə ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır

Türkiyədə ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır
# 05 may 2020 15:45 (UTC +04:00)

Türkiyədə ali məktəblər iyunun 15-də açıla bilər.

APA xəbər verir ki, bu barədə Yüksək Öyrənim Qurumu (YSK)  açıqlama yayıb.

Açıqlamada bildirilib ki, dövlətin aidiyyəti qurumları iyunun 1-də pandemiyanın nəzarət altına alındığını və yoluxma sayında azalma olduğunu bəyan edərsə, ali məktəblərdə normallaşma prosesinə başlanacaq. Bu proses mərhələli şəkildə olacaq.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu il martın 15-də Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR