Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 83 nəfər vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7241 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7217, ağır xəstələr isə 1187 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 616 600 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 504 050 nəfər sağalıb, 27 821 nəfər isə həyatını itirib.