Bank Of Baku

ÜST: Dünyada bir gündə 137 minədək insanda koronavirus aşkar olunub

ÜST: Dünyada bir gündə 137 minədək insanda koronavirus aşkar olunub
# 08 iyun 2020 03:17 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayı 7 milyon nəfəri keçib.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 mini ötüb.

"Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4 586 nəfər ölüb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir", - deyə təşkilatın xəbərində bildirilir.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 3 234 875 nəfərdə təhlükəli virus aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR