Ukraynada hərbi əməliyyat başa çatanadək Qərbin Rusiyaya sanksiya təzyiqləri davam edəcək.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşü zamanı bildirib.
“Rusiyaya təzyiqlər presedentsizdir, konkret nəticələr verir. Lakin bu təzyiq davam edəcək. müharibə bitənədək təzyiqlər davam edəcək”, - deyə Blinken vurğulayıb.
Qeyd edək ki, bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Polşa-Ukrayna sərhədində görüşüb.