ABŞ-ın Dövlət katibi Entoni Bıinkenin köməkçisi Vendi Şerman Türkiyəyə səfər edəcək.
APA-bın yerli bürosunun xəbərinə görə, Şerman 4-5 mart tarixlərində İstanbul və Ankarada olacaq.
Səfər çərçivəsində amerikalı siyasətçi Türkiyə rəsmiləri ilə ikitərəfli münasibətləri, o cümlədən, Rusiya-Ukrayna münaqişəsini, bu vəziyyətdə birliktə atıla biləcək addımları müzakirə edəcək.