Bank Of Baku

AEBA-nın baş direktoru Çernobıla getməyə hazır olduğunu bildirib

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 04 mart 2022 14:18 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəsmiləri Ukrayna və Rusiyanın müharibə zamanı nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün razılaşa biləcəyi çərçivə sazişi üzərində işləmək üçün Çernobıla getməyə hazırdır.

APA-nın xəbərinə görə, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

O qeyd edib ki, Zaporojye və Çernobıl Atom Elektrik Stansiyaları (AES) Rusiya hərbi qüvvələrinin nəzarəti altındadır, lakin hazırda AES-lərin daxilində işləyən heyət ukraynalıdır.

“Artıq tez bir zamanda Çernobıla səfərimin mümkünlüyü barədə həm Rusiya, həm Ukrayna tərəfinə məlumat vermişəm. Hazırkı şəraiti və şərtləri nəzərə alaraq, başa düşürəm ki, mənim ora səfərim, logistika məsələləri asan olmayacaq. Amma düşünürəm ki, bu, qeyri-mümkün də deyil”, - Qrossi vurğulayıb.

Baş direktor əlavə edib ki, Zaporoyje AES-ə zərbə Rusiya silahlı qüvvələri tərəfindən endirilib.

Onun sözlərinə görə, radiasiya səviyyəsində müəyyən dəyişikliklər var, lakin bu hazırda təhlükə törətmir: “Əsas narahatlıq bu ərazilərdə hərbi əməliyyatların davam etməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR