Bank Of Baku

AEBA Ukraynaya mütəxəssislər göndərəcək

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 25 oktyabr 2022 13:00 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynaya mütəxəssislər göndərəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Mən AEBA-nın direktoru Rafael Qrossinin bizim dəvətimizə cəld reaksiyasını qiymətləndirirəm. AEBA-nın mütəxəssislərin tezliklə ölkəmizə gələrək, Ukraynada nə "çirkli bomba"ların, nə də onları inkişaf etdirmək planlarının olmadığını sübut edəcəyi gözlənilir. AEBA və tərəfdaşlarla yaxın əməkdaşlıq bizə Rusiyanın “çirkli bomba” dezinformasiya kampaniyasının qarşısını almağa imkan verir", - Kuleba bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR