Rumıniyanın Milli Vergi Administrasiyası Rusiyanın (ANAF) “Aeroflot” şirkətinin bu ölkədəki bank hesablarını bloklayıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat ölkənin Rəsmi jurnalında (Monitorul Oficial) dərc olunub.
Sənəddə göstərilir ki, şirkətin idarə heyətində təmsil olunan 3 nəfərin də bank hesabları dondurulub. Sözügedən şəxslər Avropa İttifaqının sanksiya siyahısında yer alır.