Bank Of Baku

AFAD: Niğdedə 5,3 bal gücündə zəlzələ dağıntılara yol açmayıb - YENİLƏNİB

AFAD: Niğdedə 5,3 bal gücündə zəlzələ dağıntılara yol açmayıb - YENİLƏNİB
# 25 fevral 2023 15:22 (UTC +04:00)

Niğde vilayətinin Bor rayonunda baş vermiş zəlzələdən sonra heç bir dağıntı qeydə alınmayıb.

APA xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib. O bildirib ki, Niğde vilayətinin Bor rayonunda saat 13.27-də baş vermiş 5,3 bal gücündə zəlzələdən sonra heç bir dağııntı qeydə alınmayıb.

“Ərazidə yoxlama işləri aparılır”, - deyə o qeyd edib.

***

14:53

Türkiyənin Niğde vilayətinin Bor rayonunda zəlzələ olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 13:27-də baş verən yeraltı təkan 5,3 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR