Bank Of Baku

Aİ ABŞ-ı Mahmud Abbasa BMT iclasında iştirak etmək üçün viza verməyə çağırıb

Fələstin Milli hökumətinin başçısı Mahmud Abbas

© APA | Fələstin Milli hökumətinin başçısı Mahmud Abbas

# 19 sentyabr 2026 12:31 (UTC +04:00)

Avropa İttifaqı Fələstin Milli hökumətinin başçısı Mahmud Abbasa Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək üçün viza verilməsi ilə bağlı rəsmi Vaşinqtona çağırış edib.


APA xəbər verir ki, Aİ sözçüsü Ənvər Əl-Ənuni ABŞ-ın Mahmud Abbasa viza verməkdən imtina etməsinin təəssüf hissi doğurduğunu bildirib.


“Biz ABŞ-ı bu qərarını yenidən nəzərdən keçirməyə çağırırıq”, - Ənvər Əl-Ənuni vurğulayıb.


Qeyd edək ki, ABŞ ikinci ardıcıl ildir ki, Mahmud Abbas və başçılıq etdiyi nümayəndə heyətinə BMT Baş Assambleyasında çıxış etmək üçün səfər vizası vermir.


Fələstin Milli hökumətinin başçısı Mahmud Abbas iclas iştirakçılarına videomüraciət ünvanlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR