Aİ Belarusa qarşı yeni sanksiyalar paketini açıqlayıb

Aİ Belarusa qarşı yeni sanksiyalar paketini açıqlayıb
# 29 iyun 2024 14:10 (UTC +04:00)

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə informasiya qurumun rəsmi saytında yerləşdirilib.

Sənəddə göstərilir ki, adıçəkilən ölkə bu məhdudiyyətlərlə Rusiyanın Ukraynaya qarşı hərbi manevrlərinə hərtərəfli dəstək verdiyi üçün üzləşib. Qəbul olunan qərarla Avrozonadan Belarusa sənaye kompleksi, gəmiçilik və digər strateji sahələrin gücləndirilməsinə imkan verən məhsul və xidmətlərin ixracı qadağan edilir.

Eyni zamanda bildirilir ki, Avropa İttifaqına daxil olan ölkələr Belarusdan silah-sursat qızıl-zinət əşyaları, əlvan metallar, kömür, mineral, xam neft və digər bu təyinatlı məhsulları idxal edə və bu ölkə vasitəsilə daşıya bilməz. Belarusa neft emalında istigfadə olunacaq avadanlıq və sıxılmış təbii qaz ixracı da qadağan olunur.

Yeni sanksiyalar paketinə görə, Belarusun dövlət və hökumət orqanları, orada qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərə, eləcə də korporasiyalara müəyyən xidmətlərin, o cümlədən mühasibatlıq, auditor, konsaltinq, tikinti-layihələndirmə, idarəetmə və ictimaiyyətlə əlaqələr üzrə xidmətlər də göstərilə bilməz.

Belarusdan birbaşa və tranzit yolu ilə yükdaşımalara məhdudiyyətlərin tətbiqi də sanksiyaların təsiri altına düşüb.

Qeyd edək ki, Avropa İttifaqından müvafiq tələb irəli sürüləcəyi təqdirdə sanksiyalardan zərər çəkən Belarus vətəndaşlarına dəymiş ziyanı Belarus hökuməti ödəməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR