Bank Of Baku

Aİ Gürcüstan vətəndaşının qətlə yetirilməsini təsdiqləyib - YENİLƏNİB

Aİ Gürcüstan vətəndaşının qətlə yetirilməsini təsdiqləyib - YENİLƏNİB
# 06 noyabr 2023 23:26 (UTC +04:00)

Avropa İttifaqının Monitorinq Missiyası (EUMM) Gürcüstan vətəndaşının Qori munisipalitetinin Kirbali kəndi yaxınlığında qətlə yetirilməsini təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə missiyanın “X” platformasındakı paylaşımında bildirilib.

“Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (EUMM) Cənubi Osetiya İnzibati Sərhəd Xəttində Gürcüstan vətəndaşının faciəvi şəkildə həyatını itirməsi ilə nəticələnən insidentin baş verdiyini təsdiqləyir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz istənilən formada güc tətbiqini ən sərt şəkildə pisləyirik və ölümlə nəticələnən bu insidentlə bağlı son dərəcə narahatlığımızı bildiririk. Bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunması üçün bu cür hadisələrin qarşısının alınması zəruridir”, - bəyanatda bildirilib.

Missiya vəziyyəti yaxından monitorinq etdiyini və gərginliyin aradan qaldırılması istiqamətində çalışdığını əlavə edib.

***

Saat 19:31

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.

Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR