Bank Of Baku

Aİ Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək

Aİ Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək
# 06 iyun 2024 18:48 (UTC +04:00)

Avropa İttifaqı “xarici təsir” qanunun qəbul edilməsinə cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini nəzərdən keçirəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

“Biz vizasız rejimin dayandırılması da daxil olmaqla bütün seçimləri nəzərdən keçirəcəyik, lakin mənim fikrimcə bu baş verməməlidir, Gürcüstan vətəndaşları cəzalandırılmamalıdır”, - səfir deyib.

Diplomat Aİ xarici işlər nazirlərinin iyunun 24-də Lüksemburqda görüşərək qərarı müzakirə edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR