Bank Of Baku

Aİ İranın Əxlaq polisinə sanksiyalar tətbiq edib - YENİLƏNİB

Aİ İranın Əxlaq polisinə sanksiyalar tətbiq edib - YENİLƏNİB
# 17 oktyabr 2022 16:02 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) İranın 11 fiziki və 4 hüquqi şəxsinə, həmçinin İranın Əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqlarının vəziyyəti ilə bağlı öhdəliyinə uyğun olaraq, 11 nəfər və 4 təşkilat barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilir”, - qeyd olunub.

Bildirilib ki, İranın Əxlaq polisinin rəhbəri də sanksiyalar tətbiq olunan şəxslər siyahısına daxil edilib.

Aİ-nin İrandakı etirazlarda zorakılıq və şiddət tətbiq etdiyinə görə aşağıdakı fiziki şəxslərə və qurumlara sanksiya tətbiq edib:

Məhəmməd Rüstəmi Çeşmə Qaçi - İranın Əxlaq Polisinin rəhbəri

Briqada generalı Hüseyn Rəhimi - İranın Tehrandakı Hüquq-Mühafizə Qüvvələrinin rəhbəri

Polkovnik Abbas Abdi İranın Hüquq-Mühafizə Qüvvələrinin Divandərə rayonunun rəhbəri

Polkovnik Hacı Əhməd Mirzəi - İran Əxlaq Polisinin Tehran şöbəsinin rəisi

İsa Zarepur - İnformasiya və Rabitə Texnologiyaları Naziri

Məhəmməd-Hüseyn Sepehr - Silahlı Qüvvələrin Baş Qərargahının Tehrandakı Mərkəzi Təlim Bazasının komandiri.

Polkovnik Səid Əli Səfəri - İranın Saqqız şəhərindəki Hüquq-Mühafizə Qüvvələrinin rəhbəri

Seyid Əlirza Adyani - İran Hüquq-mühafizə qüvvələrinin ideoloji-siyasi ofisinin rəhbəri

İkinci briqada generalı Əli Azadi - İranın Kürdüstandakı Hüquq-Mühafizə Qüvvələrinin rəhbəri

Polkovnik Məhəmməd Zaman Şalikar - İranın Babuldakı Hüquq-Mühafizə Qüvvələrinin rəhbəri

Polkovnik Salman Heydəri - İranın Bükandakı Hüquq-Mühafizə Qüvvələrinin rəhbəri

İran Əxlaq Polisi

Bəsic Müqavimət Qüvvələri

İslam İnqilabı Keşikçiləri Korpusunun Kiber Müdafiə Komandanlığı
İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri

***

12:21

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları qəbul edib.

APA xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən iclasda Avropa İttifaqının xarici işlər nazirləri İrandakı ciddi vəziyyəti və etirazçılara qarşı ölümcül zorakılığı müzakirə ediblər.

“Biz dinc etiraz hüququna güclü dəstəyimizi ifadə etdik. Aİ İranın ciddi insan haqları pozuntularına görə məsul olan şəxslərə və qurumlara qarşı yeni hədəflənmiş sanksiyalar qəbul edib”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR