Avropa Komissiyası Kalininqrad tranzitinin məhdudlaşdırılmasına görə məsuliyyəti Litvanın üzərinə qoyub.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer bildirib.
“Əgər Litva sanksiyaları bu şəkildə həyata keçirməyə başlayıbsa, onda bunu bu şəkildə şərh etmək lazımdır”, - deyə avropalı diplomat vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Litva hakimiyyət orqanları məhdudiyyətlərin Aİ-nin rəhbərliyi altında tətbiq edildiyini bildiriblər.