Aİ liderləri genişmiqyaslı müharibənin ildönümü ərəfəsində Ukrayna ilə bağlı birgə bəyanat yayıb.
APA-nın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.
Onlar Ukrayna qalib gələnə və müharibədən sonra yenidən qurulana qədər blokun Ukraynaya siyasi, iqtisadi, humanitar, maliyyə və hərbi sahələrdə dəstəyini davam etdirəcəyini vurğulayıblar.
27 Avropa ölkəsinin liderlərinin bəyanatında deyilir: “Biz Rusiyaya təcavüzkar müharibəni dayandırmaq üçün kollektiv təzyiqi artırmağa davam edəcəyik”.